"Apple" və "Google"un gələcək planları ilə bağlı bir sıra məsələlər ortaya çıxıb.
İndex.az xəbər verir ki, "Apple", gələcək üçün böyük potensiala malik olan “şəxsi robototexnika” sahəsinə daxil olmağın yollarını araşdırır.
"Apple" robot texnologiyasından istifadə edən təkmilləşdirilmiş masaüstü ev cihazı hazırlayır.
Qeyd edək ki, layihə ilkin mərhələdədir və onun bazara çıxarılması hələ dəqiq deyil.
"Apple" elektromobil layihəsini isə fevral ayında sonlandırdı.
Digər tərəfdən, "Google" biznes modeli baxımından böyük bir dəyişiklik etməyə hazırlaşır.
"Financial Times"ın yaydığı məlumata görə, "Google" yüksək ödəniş müqabilində süni intellektlə dəstəklənən axtarış xidmətləri təklif etməyi düşünür.
Bu günə qədər "Google"un axtarış sistemi biznesi reklam gəlirləri hesabına dəstəklənir və istifadəçiyə pulsuz təklif edilirdi.
