"Apple" və "Google", "Apple AirTag" və "Samsung SmartTag" kimi izləmə aksesuarlarının insanları zərərli şəkildə izləməsinin qarşısını almaq üçün bir araya gəlib.
İndex.az xəbər verir ki, "Apple" və "Google" bu cür aksesuarlarla arzuolunmaz izləmənin qarşısını almaq üçün sənaye standartı hazırlayıb.
Bu standart müəyyən qaydaları ehtiva edir və arzuolunmaz izləmə hadisəsi baş verdikdə iOS və "Android" cihazlarına xəbərdarlıq bildirişləri göndərir.
Standartın hazırlanmasında cihaz istehsalçılarından rəylər alınacaq və prosesə müxtəlif qeyri-hökumət təşkilatları cəlb olunacaq.
Sənədlər "Internet Task Force" konsorsiumuna təqdim edilib və 3 ay ərzində təsdiqlənməsi gözlənilir.
Bundan sonra "Apple" və "Google" müvafiq qaydaları tamamlayacaq və dərc edəcək. Eyni müddətdə iOS və "Android" versiyalarına yeniləmələr göndəriləcək.
"Samsung" və "Tile" kimi digər istehsalçıların da bu standartı dəstəkləməsi gözlənilir.
