Bildiyiniz kimi "Apple", 2016-cı ildən bəri "Twitter"də (X-dən) DM vasitəsilə əlaqə saxlayan istifadəçilərinə dəstək verirdi.

İndex.az xəbər verir ki, artıq birbaşa mesaj göndərən insanlar avtomatik cavab alacaqlar.

"Apple" "YouTube"dakı "Dəstək" kanalında faydalı məsləhətlər, fəndlər və məlumatları paylaşmağa davam edəcək.

Görünür, bu platformada kanala yüklənən videolara şərhlərə dəstək komandasındakı insanlar cavab verir, lakin bu da, tezliklə dəyişə bilər.