"iOS 17" versiyasından əvvəl "Apple" "iPhone" istifadəçilərinin yaşadığı müxtəlif səhvləri düzəldən yeniləmə təqdim edəcək.

İndex.az xəbər verir ki, "iPhone"lar üçün buraxılması gözlənilən "iOS 16.5.1" versiyasında yeni funksiyalar yerinə ümumi səhv düzəlişləri, sabitlik təkmilləşdirmələri və təhlükəsizlik ilə bağlı yeniləmələr olacağı gözlənilir.

"iOS 16.5" ilə "iPhone"larda qarşılaşılan ən böyük problemlərdən biri batareyanın çox tez boşalması, WiFi-nin təsadüfi şəkildə kəsilməsi, "Apple" hava proqramının səhv məlumatlar göstərməsi, "Apple" "Lightning USB 3" kamera adapterinin işləməyi dayandırması kimi bir çox problem var.