Süni intellektlə dəstəklənən "Bing" və "Edge" brauzeri, görünür, "Microsoft"un istədiyi effekti verməyib.

İndex.az xəbər verir ki, "Statcounter"in 2023-cü ilin aprel hesabatına görə, "Microsoft Edge" artıq dünyanın ikinci ən populyar masaüstü brauzeri deyil.

"ChatGPT" texnologiyaları ilə dərin inteqrasiya edərək yenilənən "Edge" brauzeri hələ də istənilən səviyyəyə çatmayıb.

Açıqlanan məlumatlara görə, "Apple Safari" "Microsoft"un "Chromium" ilə işləyən "Edge" brauzerini geridə qoyub.

"Safari" əvvəlki ayla müqayisədə bazar payını 0,95 bənd artıraraq 11,87%-ə çatdırıb.

Google Chrome - 66,13%

Apple Safari - 11,87%

Microsoft Edge - 11%

Firefox - 5,65%

Opera - 3,09%

Bazarın mobil tərəfində isə heç nə dəyişməyib.

"Chrome" və "Safari" bütün istifadəçilərin demək olar ki, 90%-ni əlində saxlamağa davam edir.

Google Chrome - 61,96%

Apple Safari - 26,85%

Samsung İnternet - 4,8%

Opera - 1,88%

UC Brauzeri - 1,71%