"Apple" bu yaxınlarda Türkiyədə "iPhone 15", "iPhone 15 Plus" və "iPhone 15 Pro Max" modellərinin qiymətini artırıb.
İndex.az xəbər verir ki, digər "Apple" məhsulları da artımdan öz payını alıb.
"Apple" etdiyi qiymət artımının səbəbini açıqlamayıb.
Ancaq görünən odur ki, bu artım məzənnənin qalxması ilə əlaqədar tətbiq edilib.
Artımdan sonra ən ucuz "iPhone 15" modeli 1,866 dollar olub. Eynilə, ən ucuz "iPhone 15 Plus" 2,143 dollar, "iPhone 15 Pro" 2,419 dollar və "iPhone 15 Pro Max" isə 2,869 dollar olub.
