"Apple", proqram tərtibatçıları üçün hazırladığı yeni süni intellekt vasitəsi ilə "Microsoft"a rəqib olacaq.
İndex.az xəbər verir ki, proqram tərtibatçıları yaradılmış yeni proqramla daha sürətli kod istehsal edə biləcəklər.
Bu ilin sonunda proqram tərtibatçılarına təklif ediləcəyi gözlənilən proqramın "Microsoft"un "GitHub Copilot" platformasına birbaşa rəqib olacağı gözlənilir.
Bu xəbərdən sonra 1,5% ucuzlaşan "Apple" səhmləri yenidən dəyər qazanmağa başlayıb.
Əvəzində isə "Microsoft" 1%-dən çox dəyər itirib.
Yayılan malumatlara görə, "iPhone" və "iPad"lərə gələcək növbəti proqram yeniləməsində bir sıra süni intellekt xüsusiyyətləri də yer alacaq.
