Uzun bir iş müddətindən sonra "Apple" "iCar" adlı elektrik avtomobil layihəsindən imtina etsə də, Çinin "Chery" şirkəti "iCar 03" adlı yeni SUV modelini təqdim edib.

İndex.az xəbər verir ki, "Chery" ayda 10 minə yaxın yeni SUV modeli "iCar 03" satmağı planlaşdırır.

Çin markası xüsusilə gəncləri hədəf alan model üçün 109,800 Yuan (15 250 dollar) başlanğıc qiyməti təyin edib.

Standart və ya uzun məsafədən tutmuş 4x2 və ya 4x4 xüsusiyyətli 6 fərqli versiyada satılacaq "iCar 03"ün qiymətləri belədir:

Standart RWD (4x2) - 15 250 dollar

Təkmil RWD (4x2) - 16 650 dollar

Uzun məsafəli RWD (4x2) - 18 050 dollar

Uzun mənzilli AWD (4x4) - 19,400 dollar

Uzun məsafəli Advanced AWD (4x4) - 22,200 dollar

Uzun məsafəli smart drive AWD (4x4) - 23,600 dollar