"Apple" vaxtaşırı "iPhone" və "iPad" modellərini köhnə və köhnəlmiş məhsullar siyahısına əlavə edir.
İndex.az xəbər verir ki, "iPhone 6 Plus" və "iPad Mini 4" modelləri də bu gündən etibarən köhnəlmiş məhsullar siyahısına əlavə edilib.
"Apple"in köhnə məhsullar siyahısına satışı 5-7 ildən çox dayandırılmış cihazlar daxildir.
Bu yaxınlarda ABŞ nəhəngi öz rəsmi saytında "iPhone 6 Plus"ın "Vintage" kateqoriyasına, "iPad Mini 4"ün isə "Köhnə cihazlar" kateqoriyasına keçirildiyini elan edib.
Bu o deməkdir ki, sözügedən modellər artıq "Apple"in təmir xidmətlərində iştirak etməyəcək.
Bununla belə, üçüncü tərəf xidmət təminatçılarının təmiri davam etdirəcəyini xatırladaq.
