"Apple" "watchOS 10"un bir hissəsi olaraq "Apple Watch" üçün bəzi böyük dəyişikliklər hazırlayır.

İndex.az xəbər verir ki, "Apple"ın iyun ayında keçiriləcək WWDC tədbirində "watchOS 10"u təqdim edəcəyi gözlənilir.

Mark Qurmanın hesabatına görə, "watchOS 10"da "Apple Watch" interfeysinin mərkəzi hissəsi olacaq vidjetlərə dəstək olacaq.

Məlumata görə, yeni interfeys "watchOS 4"də təqdim edilən "Siri" qol saatını xatırlada bilər.

Bundan əlavə, "iOS" və "iPadOS"da istifadəçilərə bir çox vidjet toplamaq və naviqasiya etmək imkanı verən xüsusiyyət "watchOS 10"da olacaq.