"Apple"ın "iPhone 14" seriyası ilə gətirdiyi peyk rabitəsi tezliklə "Android" əməliyyat sisteminə gələcək.
İndex.az xəbər verir ki, son məlumata görə, "Google" peyk mesajlaşma funksiyası üçün "Garmin" ilə əməkdaşlıq edə bilər.
Tərtibatçı Neil Rahmouni "Google Mesajlar" tətbiqinin ən son versiyasında bir neçə kod sətirləri tapıb.
"Android 14"ün stabil versiyası dünyanın 150-dən çox ölkəsində satışa çıxarıldıqdan sonra "Google" bu yeni funksiyanı istifadəyə verə bilər.
"Garmin"in artıq fövqəladə mesajlaşma üçün peyk-əsaslı əlaqə ilə çoxlu məhsulları var.
Şirkət peyk əlaqəsini təmin etmək üçün dünya üzrə "Low Earth Orbit" peykləri bürcünün sahibi olan "Iridium" ilə işləyir.
