"Apple", "Apple TV" proqram komandasına qoşulmaq üçün yüksək səviyyəli "Android" proqram təminatı mühəndisi axtardığını bildirən bir iş elanı dərc edib.

İndex.az xəbər verir ki, bu elan isə “Apple TV+” proqramının "Android"lər üçün hazırlanmasına hazırlıq kimi şərh edilib.

"Bloomberg"də çalışan Mark Qurman tərəfindən aşkarlanan iş elanında bildirilir ki, "Apple" əyləncəli yeni funksiyalar hazırlamaqda, milyonlarla insanın televiziya və idmana baxmasını təşkil edəcək bir proqram yaratmaqda kömək etmək üçün birini axtarır.

Qurmanın fikrincə "Apple" bu addımla yeni istifadəçilər qazanmaq üçün "Google" ilə rəqabəti bir kənara qoymağa qərar verib.