Avropa Mərkəzi Bankının (AMB) Rəhbərlik Şurasının üzvü Fransua Villeroy de Qalhau, 2024-cü ildə AMB-nin ixtisar edə biləcəyini bildirib.
İndex.az xəbər verir ki, Villeroy Fransanın "La Depeche du Midi" qəzetinə verdiyi müsahibədə bildirib ki, uçot dərəcələrinin artırılması inflyasiyaya qarşı çarə rolunu tam yerinə yetirir.
"Bu səbəbdən faizlərimizdə bir daha artım olmayacaq. Hər hansı ixtisar məsələsi 2024-cü ildə gündəmə gələ bilər. Lakin hazırda belə bir şey gözlənilmir".
Çərşənbə günü səhər saatlarında Avropa Mərkəzi Bankının Slovakiya rəsmisi Peter Kazmir, 2024-cü ilin birinci rübündə uçot dərəcəsinin azaldılmayacağını söylədi.
Latviyalı həmkarı Martins Kazaks isə belə bir dəyişikliyə ümumiyyətlə ehtiyac olmayacağını qeyd edib.
