Avropa Mərkəzi Bankında (AMB) faiz artımı ilə bağlı fikir ayrılığı yaranıb.

İndex.az xəbər verir ki, AMB-nin Fransa üzvü Fransua Villeroy sürpriz bir dəyişiklik olmadığı təqdirdə faiz artımının olmayacağını bildirərkən, almaniyalı üzvü Casim Naqel faiz artımı ehtimalının yüksək olduğunu qeyd edib.

“France 5” televiziyasına danışan Villeroy, hər hansısa bir sürpriz baş vermədiyi halda faiz artımının olmasının qeyri-mümkün olduğunu bildirib.

Uçot dərəcələrində mərhələli endirimlərin bir gün ediləcəyini ifadə edən Villeroy, hələ həmin mərhələyə çatmadıqlarını söyləyib.

Son aylarda güclü deinflyasiya tendensiyasını alqışlayan Villeroyun fikrincə, AMB cüzi də olsa uçot dərəcələrini endirə bilər.

Almaniya Mərkəzi Bankının sədri və AMB üzvü Casim Naqel verdiyi açıqlamada, növbəti faiz artımını olacağaını ifadə edərək, uçot dərəcələrində hələ də son nöqtəyə çatmadıqlarını qeyd edib.