Avropa Mərkəzi Bankı (AMB) gələn il "Avrozona"da inflyasiyanın yüksələcəyini gözləyir.
İndex.az xəbər verir ki, AMB-nin uçot dərəcəsi qərarından əvvəl bankın "Avrozona" ilə bağlı iqtisadi proqnozlarına görə, gələn il "Avrozona"da inflyasiyanın 3%-dən yuxarı qalacağı gözlənilir.
Bu il və 2024-cü il üçün artım gözləntiləri bazar gözləntilərinə uyğun olaraq aşağı salına bilər.
Bundan əlavə, AMB verdiyi qərarla faiz artımına daha çox meyl etdiyini göstərir.
Əvvəllər uçot dərəcələrinin sabit saxlanılmasına dair gözləntilər üstünlük təşkil etdiyi halda, treyderlər faiz artımı ehtimalını 50% səviyyəsinə yüksəldiyini bildiriblər.
