Avropa Mərkəzi Bankı (AMB) yeni faiz artımı qərarı ilə sərtləşdirmə prosesini davam etdirib.

İndex.az xəbər verir ki, 25 bəndlik artım, keçən ilin iyul ayından bu yana 9-cu artım oldu.

Beləliklə bu artımla depozit uçot dərəcəsi 3,75%-ə, siyasət dərəcəsi 4,25%-ə, kreditləşmə dərəcəsi isə 4,50%-ə yüksəldi.

Qərardan sonra mətbuat konfransı təşkil edən AMB sədri Kristin Laqard, sentyabr ayında və ondan sonrakı aylarda alınacaq qərarlarla bağlı açıq fikirli olduqlarını ifadə etdi.