İnflyasiyanın yüksək kursu səbəbindən iqtisadçıların faiz gözləntiləri yüksəlib.
İndxex.az xəbər verir ki, "Bloomberg"in sorğusuna qatılan iqtisadçılar, davamlı inflyasiya səbəbindən Avropa Mərkəzi Bankının (AMB) yaydan sonra faiz artımlarını davam etdirəcəyini və sentyabr ayında uçot dərəcəsini 4%-ə qaldıracağını gözləyirlər.
Qeyd edək ki, əvvəllər bu gözlənti 3,75% idi.
Sorğuya qatılan iqtisadçılar iyulun 27-də keçiriləcək iclasda 25 baza bəndi, sonra isə daha bir 25 baza bəndi faiz artımı gözləyirlər.
