"Amazon"un satışları artıb

"Amazon" yanvar-mart ayları üzrə balans hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, ABŞ-ın e-ticarət nəhəngi "Amazon"un satışları bu ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 9% artıb.

Müvafiq olaraq, "Amazon"un bu ilin ilk rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 9 faiz artaraq 127,4 milyard dollara çatıb.

2022-ci ilin birinci rübündə şirkətin xalis satışları 116,4 milyard dollar olaraq qeydə alınmışdı.

"Amazon"un xalis mənfəəti isə birinci rübdə 3,2 milyard dollar olub.

Şirkət ötən ilin eyni dövründə 3,8 milyard dollar zərər etdiyini açıqlamışdı.

Elektron ticarət nəhənginin səhm başına xalis mənfəəti bu ilin ilk rübündə 31 sent olaraq hesablanıb.

Ötən ilin eyni dövründə şirkət hər bir səhmə görə 38 sent itirmişdi.