"Amazon" süni intellektlə işləyən "Titan Image Generator"u təqdim edib.
İndex.az xəbər verir ki, "Amazon" reklam, e-ticarət, media və əyləncə sənayesindəki şirkətlərə böyük həcmdə və aşağı qiymətə studiya keyfiyyətli, real təsvirlər yaratmağa kömək edəcək süni intellektlə işləyən görüntü generatoru "Titan Image Generator"u hazırlayıb.
Süni intellektlə işləyən təsvir yaradıcısı yeni şəkillər yarada və ya mətn təsviri ilə mövcud şəkilləri fərdiləşdirə bilər.
"Amazon"un süni intellektlə işləyən görüntü generatoru "DALL-E", "Midjourney" və "Bing AI Image Generator" kimi süni intellekt görüntü generatorlarına rəqib kimi göstərilib.
