"Amazon" "Prime Day" satışları sayəsində satış rekordu qırıb
İndex.az xəbər verir ki, milyonlarla insanın alış-veriş etdiyi "Qara Cümə" və "Kiber Bazar ertəsi" kimi günlərə bənzəyən "Amazon"un endirim tədbiri "Prime Day"ın ilk 2 günündə 12,7 milyard dollarlıq satış rekordu qırılıb.
İyulun 11-dən 17-dək davam edən tədbirdə elektronikadan kosmetikaya, tekstildən məişət əşyalarına qədər minlərlə məhsula endirimlər edilir.
Tədbir zamanı satış həcmini ən çox artıran qrup 52% artımla məişət texnikası sektoru olub.
