"Amazon"un, Baş İcraçı Direktor (CEO) Endi Yassinin hibrid iş siyasətindəki dəyişikliklə bağlı işçilərə göndərdiyi mesajı paylaşıb.
İndex.az xəbər verir ki, Endi gələn ildən etibarən işçilərinin ofisə 5 gün gəlməsini tələb edərək, hibrid iş sisteminin sona çatacağını açıqlayıb.
2025-ci ilə qədər işçilərin 5 gün müddətində ofisə gəlməsinin məcburi olacağını qeyd edən Yassi, komanda üzvlərinin ofisdə olduqları zaman daha yaxşı əməkdaşlıq etdiklərini bildirib.
Qeyd edək ki, "Amazon"da işçilər həftədə cəmi 3 dəfə ofisə gəlirdilər.
