Yadınızdadırsa, e-ticarət nəhəngi "Amazon" öz işçilərini həftənin beş günü ofisə çağırmaq qərarına gələrək böyük reaksiyaya səbəb olmuşdu.

İndex.az xəbər verir ki, anonim biznes platforması "Blin" tərəfindən aparılan araşdırmaya görə, şirkət işçilərinin əksəriyyəti bu qərardan razı deyil.

Lakin bu qərar işçilər arasında böyük narazılıq yaradıb. "Blind"in 17-19 sentyabr tarixləri arasında 2585 "Amazon" işçisi ilə keçirdiyi sorğuya əsasən, iştirakçıların 73%-i bu qərara görə yeni iş axtarmağı düşündüyünü bildirib

Görünür, bu addımlar şirkətin işə qəbul proseslərinə də təsir edib. Bəzi istifadəçilər "Amazon"un uzaqdan işləməyə icazə vermədiyi üçün namizədlərin iş müsahibələrindən geri çəkildiyini bildirdi.

Məsələ ilə bağlı narahatlıq doğuran digər məqam isə bəzi işçilərin bu qərarı "Amazon"un işçilərin sayını azaltmaq cəhdi kimi şərh etməsidir. Mart ayında "BambooHR" tərəfindən aparılan araşdırma, bəzi şirkətlərin işçilərini istefaya məcbur etmək üçün ofise qayıtma siyasətindən istifadə etdiyini ortaya qoydu. Bu araşdırmaya görə, yüksək səviyyəli menecerlərin 25%-i və HR mütəxəssislərinin 18%-i bu taktikanı bəyənir.