"Amazon" robot tozsoran istehsalçısı "iRobot"u almaq qərarından imtina edib.

İndex.az xəbər verir ki, "Amazon" müqavilni ləğv etdiyi üçün "iRobot"a 94 milyon dollar ödəməyə razılaşıb.

"iRobot"un mart ayının sonuna qədər işçilərinin təxminən 31%-ni işdən çıxaracağı gözlənilir.

Qeyd edək ki, "Amazon", robot tozsoran istehsalçısı "iRobot"u 1,7 milyard dollara almaq istəyirdi.