Mart ayında Almaniyada idxal qiymətlərində 26 ay sonra ilk dəfə azalma qeydə alınıb.
İndex.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, ölkədə "İdxal Qiymət İndeksi" mart ayında ötən ilin mart ayına nəzərən 3,8% azalıb.
Beləliklə, 2021-ci ilin yanvarından bəri ilk dəfə bu göstərici illik azalma qeydə alınıb.
Qeyd edək ki, mart ayında Almaniyada idxal qiymətlərinin 3,6% azalacağı gözlənilirdi.
