İqtisadi Tədqiqatlar İnstitutu da (İFO) daxil olmaqla beş iqtisadi mərkəz 2024-2025-ci illəri əhatə edən ölkə iqtisadiyyatı üçün əvvəllər paylaşılan artım proqnozlarını yeniləyib.

İndex.az xəbər verir ki, Almaniyada iqtisadiyyat sahəsində çalışan mərkəzlər 2024-cü il üçün artım gözləntisini 1,3%-dən 0,1%-ə endirib.

Təşkilatlar həmçinin gələn il üçün iqtisadiyyatın artım proqnozunu 1,5%-dən 1,4%-ə endiriblər.

Bu il məşğul insanların sayının 45 milyon 933 mindən 46 milyon 117 minə yüksələcəyini təxmin edən təşkilatlar, 2024-cü ildə işsizliyin 5,7%-dən 5,8%-ə yüksələcəyini proqnozlaşdırıblar.