Almaniyanın aparıcı iqtisadi beyin mərkəzlərindən biri olan İqtisadiyyat Araşdırmaları İnstitutu (İAİ) yüksək inflyasiyanın istehlak xərclərinə mənfi təsiri səbəbindən bu il üçün artım proqnozunu aşağıya doğru yenidən nəzərdən keçirib.
İndex.az xəbər verir ki, İAİ bu il üçün Almaniyada Ümumi Daxili Məhsulun (ÜDM) artım proqnozunu mənfi 0,1%-dən mənfi 0,4%-ə, 2024-cü il üçün artım proqnozunu isə 1,7%-dən 1,5%-ə endirib.
İAİ keçən il 6,9%, may ayında isə 6,1% olan inflyasiyanın bu il orta hesabla 5,8%, 2023-cü ildə isə 2,1% olacağını gözləyirdi.
Qeyri-adi yüksək inflyasiya səbəbiylə bu il özəl istehlakın 1,7% azalacağını bildirən İAİ hesabatında 2024-cü ildə xüsusi istehlakın 2,2% artacağı proqnozlaşdırılır.
