Almaniya hökuməti ölkədə texnologiya sektorunu dəstəkləmək və çip istehsalını təmin etmək üçün yatırım etməyi planlaşdırır.
İndex.az xəbər verir ki, Almaniyada Olaf Şolz hökuməti artan geosiyasi gərginlik fonunda ölkənin texnologiya sektorunu dəstəkləmək və kritik komponentlərin tədarükünü təmin etmək məqsədi ilə yarımkeçiricilərin istehsalına dəstək üçün 20 milyard dollar məbləğində yatırım etməyi planlaşdırır.
Plan ABŞ-ın 50 milyardlıq çip və elm qanunlarından sonra ən böyük stimul planlarından biri kimi önə çıxır.
"Bloomberg"in hesabatına görə, sözügedən resurs "İqlim və Transformasiya Fondu"ndan (KTF) çıxarılaraq 2027-ci ilə qədər alman və beynəlxalq şirkətlərə paylanacaq.
KTF kimi tanınan büdcədənkənar fond əvvəlcə iqtisadiyyatın karbonsizləşdirilməsinə sərmayə qoymaq üçün yaradılmışdı, lakin Almaniyanın planlaşdırılmış dövlət xərclərini cilovlamaq səylərindən sonra fondun əhatə dairəsi genişləndirildi.
