Almaniyanın Federal Statistika İdarəsi (Destatis) mart ayı üçün pərakəndə satışlarla bağlı müvəqqəti məlumatları açıqlayıb.

İndex.az xəbər verir ki, Almaniyada ərzaq məhsullarının qiymətlərinin artmasına görə mart ayında real pərakəndə satışlar kəskin azalıb.

Belə ki, mövsüm və təqvim təsirlərindən təmizlənmiş real pərakəndə satışlar mart ayında ötən aya nəzərən 2,4% azalıb.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 8,1% azalaraq gözləntiləri geridə qoyub.