Almaniya Federal Statistika İdarəsi (Destatis) Almaniyanın iyul ayı xarici ticarət məlumatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, Almaniyanın ixracatı qlobal iqtisadiyyatdakı tənəzzül səbəbiylə iyul ayında aylıq 0,9% azalaraq 130,4 milyard avroya geriləyib.

İyulda idxal 1,4% artaraq 114,5 milyard avroya çatıb.

2022-ci ilin iyul ayı ilə müqayisədə ixrac 1%, idxal isə 10,2% azalıb.