Almaniyada fabrik sifarişləri oktyabr ayında ötən ayla müqayisədə 3,7% azalıb.

İndex.az xəbər verir ki, iqtisadçıların gözləntilərinə görə, oktyabr ayında 0,2%-lik artım müşahidə olunmalı idi.

Oktyabr ayında illik azalma 7,3% olaraq qeydə alınıb.

İqtisadçıların gözləntisi azalmanın 3,9% olacağı idi.

Almaniya Statistika İnstitutu oktyabr ayında maşın və avadanlıqların istehsalında müşahidə edilən 13,5%-lik azalmanı təyyarə, gəmi və qatar kimi nəqliyyat vasitələrinin sifarişlərdəki 20,2%-lik artımla kompensasiya edə bilməyəcəklərini açıqlayıb.