Sərmayəçilərin Almaniyaya olan inamı təəccüblü şəkildə yüksəldi və bu, Avropanın ən böyük iqtisadiyyatının sabitləşməyə başladığına dair ümidləri artırdı.

İndex.az xəbər verir ki, ZEW prezidenti Akim Vambax bildirib ki, büdcə böhranına baxmayaraq, iqtisadi gözləntilər bir qədər artıb.

Avropa Mərkəzi Bankının (AMB) orta müddətli faiz endirimi gözləntilərini artırması canlanmaya əsas təsir göstərən amillərdən biridir.

Üçüncü rübdə zəifləyən Almaniya iqtisadiyyatının pandemiyadan sonra ilk dəfə yüksəlişə keçəcəyi keçəcəyi gözlənilir.