Almaniya hökuməti "Covid-19" pandemiyası, Rusiya-Ukrayna müharibəsi və enerji böhranından sonra yeni büdcəni azaltmağı planlaşdırır.

İndex.az xəbər verir ki, Almaniyanın maliyyə naziri Kristian Lindner koalisiya hökumətinin Nazirlər Şurasında qəbul edilən 2024-cü il büdcəsini Almaniya Bundestaqına təqdim edib.

Büdcəyə əsasən, Almaniya hökuməti gələn il təxminən 445,7 milyard avro xərcləməyi planlaşdırır.

Bu rəqəm 2023-cü il büdcə planından təxminən 30 milyard avro çox xərc deməkdir.

Gələn ilin büdcəsində gəlirlərin 445,7 milyard avro olacağı hesablanıb, xərclərin isə 16,6 milyard avroluq yeni borcla maliyyələşdirilməsi planlaşdırılır.

Maraqlıdır ki, planlaşdırılan yeni borc ötən illə müqayisədə 30 milyard avro azdır.