Almaniya ən böyük ticarət tərəfdaşı olan Çinə alternativ olaraq görülən Hindistanla ticarəti əhəmiyyətli dərəcədə artır.
İndex.az xəbər verir ki, Hindistan Almaniyanın ümumi ixracatında 1,1% paya malik olaraq Braziliya (7,9 milyard avro) və Kanadanı (7,6 milyard avro) qabaqlayıb.
"Destatis" açıqlamasına görə, 9-10 sentyabr 2023-cü il tarixlərində Yeni Dehlidə keçirilən G20 Liderlər Zirvə toplantısında Hindistan özünü sürətlə inkişaf edən iqtisadiyyat kimi təqdim edib:
"2023-cü ilin ilk 7 ayında Hindistanın Almaniyanın ticarət tərəfdaşı olaraq əhəmiyyəti artmağa davam edir".
