Almaniya Konstitusiya Məhkəməsinin borc ilə bağlı qərarından sonra Almaniya koalisiya hökumətinin büdcə böhranı getdikcə dərinləşir.
İndex.az xəbər verir ki, Almaniya Maliyyə Nazirliyinin büdcədən məsul müşaviri Verner Qatzerin bütün nazirliklərə göndərdiyi məktubda bütün federal büdcədə gələcək xərc öhdəliklərinin müvəqqəti olaraq dondurulduğu bildirilib.
Məktubda ilkin olaraq yalnız İqlim və Çevrilmə Fondu üçün qüvvədə olan büdcə dondurmasının federal büdcənin böyük bir hissəsini əhatə edəcək şəkildə genişləndirildiyi, nazirlik və qurumların mövcud öhdəliklərinin yerinə yetirilməsinə davam ediləcəyi bildirilib.
Qatzerin məktubunda federal büdcənin ümumi büdcə vəziyyətini nəzərdən keçirməsinin zəruri olduğu ifadə edilərək, büdcə dondurulduqdan sonra nazirliklərin tələb etdiyi xərclərə xüsusi fərdi hallarda icazə veriləcəyi vurğulanıb.
