"Almaniya İqtisadi Tədqiqatlar İnstitutu" (Ifo) şirkətlərin təchizat çatışmazlığı ilə bağlı "Alman Biznes Sorğu"nun nəticələrini dərc edib.

İndex.az xəbər verir ki, "Almaniya İqtisadi Araşdırmalar İnstitutu" (İFO) Almaniyanın istehsal sektorunda xammal və aralıq məhsulların təchizatındakı problemlərlə bağlı şikayətlərin ardıcıl 7 aydır azaldığını bildirib.

Mart ayında Almaniyadakı şirkətlərin 41,6%-i aralıq məhsul və xammal çatışmamazlıqları ilə bağlı problemlərin olduğunu bildirdiyi halda, aprel ayında bu göstərici 39,2%-ə enib.

Maraqlıdır ki, Almaniyanın istehsal sektorunda material qıtlığı problemi ardıcıl 7-ci aydır ki, azalıb.

Sorğunun nəticələrinə görə, Almaniya sənayesinin əsas sektorlarında material çatışmazlığından şikayət edən şirkətlərin nisbəti çox yüksək səviyyədə qalıb.