"İqtisadiyyat Araşdırma İnstitutu"nun (Ifo) "Biznes Mühiti Araşdırması"nın nəticələri açıqlanıb.
İndex.az xəbər verir ki, açıqlanan nəticələrə görə, Alman avtomobil sənayesinin iyul ayında 34,6 bal olan cari vəziyyət indeksi avqust ayında 34,6 bal azalaraq 0 bal olub.
Bununla yanaşı sektor işi gözləntisi növbəti aylar üçün azalaraq mənfi 48 baldan mənfi 75 bala düşüb.
Məlumatda bildirilib ki, avqust ayında avtomobil istehsalçılarının demək olar ki, yarısı sifarişlərin olmamasından şikayətlənib.
Lakin, istehsalçıların sifariş kitabçaları növbəti 6 ay üçün doludur.
