ABŞ-ın qoyduğu məhdudiyyətlər “Alibaba”nın səhmlərini ucuzlaşdırıb.

İndex.az xəbər verir ki, Çinin e-ticarət nəhəngi “Alibaba Group”, ABŞ-ın çip ixracına qoyduğu məhdudiyyətlər səbəbindən Honkonqda təxminən 10% dəyər itirib.

Bununla da, “Alibaba” səhmləri keçən ilin noyabr ayının sonundan bəri ən aşağı səviyyəyə düşüb.

“Alibaba”nın Honkonqda satılan səhmləri ilin əvvəlindən bu yana 13% ucuzlaşaraq “Hang Seng” birjasını da ucuzlaşdırıb.

Belə ki, eyni dövrdə “Hang Seng” birjası 11,2% dəyər itirib.