Avropanın təyyarə istehsalçısı "Airbus", Çinin yaxın 20 ildə dünyanın ən böyük mülki aviasiya bazarına çevriləcəyini bildirib.
İndex.az xəbər verir ki, şirkət, Çinin mülki aviasiya xidmətləri bazarının yaxın 20 ildə 54,1 milyard dollara çatacağını və bu ölkənin həcm baxımından Şimali Amerika və Avropanı geridə qoyacağını proqnozlaşdırıb.
"Airbus", Çinin biznesin inkişafı üzrə vitse-prezidenti Hu Yonqun yeritdiyi müştəri xidməti strategiyası sayəsində mülki aviasiya sənayesinin səmərəlilik və keyfiyyət baxımından davamlı inkişaf nümayiş etdirdiyinə diqqət çəkərək, onun texniki xidmət, təlim və istismar baxımından yeni imkanlar təqdim etdiyini qeyd edib.
