Avropa İttifaqı (Aİ) Komissiyası həssas kənd təsərrüfatı məhsulları istisna olmaqla, Ukraynadan idxal edilən bütün məhsullara gömrük rüsumlarının və kvotaların dayandırılmasını daha bir il uzadacaq tənzimləmə təklif edib.
İndex.az xəbər verir ki, müvafiq olaraq, Ukraynanın Aİ ölkələrinə ixrac edəcəyi bütün məhsullara idxal rüsumları, kvotalar və ticarət müdafiəsi tədbirləri daha bir il müddətinə dayandırılacaq.
Bu tətbiq ilə Ukrayna istehsalçılarına, ixracatçılarına və ölkə iqtisadiyyatına dəstək veriləcək.
Aİ fermerlərinin Ukrayna məhsullarına qarşı üzləşdiyi problemlər də nəzərə alınacaq.
Bu çərçivədə Aİ-də həssas kənd təsərrüfatı məhsulları qorunacaq.
