Avropa İttifaqı (Aİ) smartfon və planşetlərin akkumulyatorlarının ömrünü uzadacaq, onların davamlılığını artıracaq və təmirini asanlaşdıracaq yeni qaydalar müəyyən edib.
İndex.az xəbər verir ki, Aİ Komissiyası enerjiyə qənaətli və davamlı olmaq üçün müxtəlif elektron məhsulların ekoloji cəhətdən təmiz dizaynı üçün yeni qaydaların Avropa Şurası və Avropa Parlamenti (AP) tərəfindən təsdiqləndiyini açıqlayıb.
Müvafiq olaraq, Aİ bazarına təqdim edilən bütün yeni smartfon və planşetlər minimum meyarlara cavab verməlidir.
Bu məhsullar təsadüfi düşmələrə və ya cızılmalara davamlı olmalı, toz və sudan qorunmalı və uzun batareya ömrünə malik olmalıdır.
Smartfon və planşet batareyaları 800 tam doldurulmadan sonra 80%-dən aşağı düşməməlidir.
