Avropa İttifaqı (Aİ) qurumları üzv ölkələrdə fəaliyyət göstərən sığorta şirkətlərinin kapital adekvatlığını azaltmaq barədə razılığa gəliblər.

İndex.az xəbər verir ki, Aİ-nin yeni qərarına görə, sığorta sektorunun kapital adekvatlığı qaydaları dəyişdiriləcək və şirkətlərin ehtiyatda saxladığı böyük miqdarda resurs iqtisadiyyata ötürüləcək.

Belə ki, sığorta sənayesinin ehtiyat səviyyələrini müəyyən edən kapitalın dəyər əmsalı 6%-dən 4,75%-ə endiriləcək.

Bununla yanaşı sektor üzrə yoxlamalar sadələşdiriləcək.

Aİ ölkələrində sığorta nəzarəti orqanlarının bir-biri ilə daha çox əməkdaşlıq etməsinə şərait yaradılacaq.

Sığortaçılar davamlılıqla bağlı riskləri daha yaxşı hesablamalı və bu risklər haqqında daha çox hesabat hazırlamalı olacaqlar.