Avropa İttifaqı (Aİ) Rusiyanın fərd və təşkilatlarına qarşı tətbiq etdiyi sanksiyaların 6 ay müddətinə uzadılmasına qərar verib.
İndex.az xəbər verir ki, Aİ Şurasından verilən açıqlamada, Ukraynanın ərazi bütövlüyü və suverenliyini təhdid edənləri hədəf alan fərdi məhdudlaşdırıcı tədbirlərin daha 6 ay müddətinə uzadılmasına qərar verildiyi bildirilib.
Açıqlamada, təxminən 1800 şəxs və quruma qarşı səyahət qadağaları, aktivlərin dondurulması, pul və ya iqtisadi resursların köçürülməsinə qadağaların daxil olduğu sanksiyaların 15 Mart 2024-cü ilə qədər uzadıldığı diqqətə çatdırılıb.
Açıqlamada bildirilib ki, qiymətləndirmə nəticəsində 4 nəfərin sanksiya siyahısından çıxarılmasına qərar verilib.
Bu şəxslər və təşkilatların bir çoxu Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumundan sonra sanksiya siyahısına salınıb.
