Avropa İttifaqı (Aİ) Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməyə hazırlaşır.
İndex.az xəbər verir ki, Aİ Komissiyası Ukraynanın yenidən qurulmasına kömək etmək üçün dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri başqa hesaba köçürmək planı hazırlayıb.
Aİ ölkələri müharibə səbəbiylə Rusiya Mərkəzi Bankının təxminən 200 milyard avrosunu dondurub.
Bunun sayəsində Aİ son 9 ayda sözügedən puldan 3 milyard avro faiz gəliri əldə edib.
