Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Daniel Şeridan Ferrie Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Aİ-nin Rusiyaya qarşı sanksiyaları və bu mövzuda mövcud təcrübələr barədə açıqlama verib.

İndex.az xəbər verir ki, Daniel Şeridan açıqlamasında bildirib ki, Aİ Komissiyası Rusiyadan üzv ölkələrə gələnlərin avtomobillərinin və ya şəxsi əşyalarının müsadirə ediləcək.

Aİ-nin indiyə qədər Rusiyaya qarşı 11 sanksiya paketini qəbul etdiyini xatırladan Ferrie, Rusiyanı müharibəni maliyyələşdirmək üçün ehtiyac duyduğu gəlirdən məhrum etməyi hədəflədiklərini açıqlayıb.

Ferrie xatırladıb ki, sanksiyalar çərçivəsində Rusiyadan bəzi məhsulların idxalına qadağa qoyulub.