Tacikistan-Əfqanıstan sərhədində silahlı toqquşma baş verib.

İndex.az xəbər verir ki, bu barədə TASS Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinə istinadən məlumat yayıb.

Məlumata görə, ölənlər var.

Qeyd edək ki, Tacikistan və Əfqanıstan 1,3 min kilometr uzunluğunda ümumi sərhədə malikdir. Bunun 1,1 min kilometrdən çoxu su, təqribən 190 kilometri isə quru sərhədidir.

Əməliyyat nəticəsində Tacikistanın Əfqanıstanla həmsərhəd olan Xatlon vilayətinin Şamsiddin Şohin rayonunda sərhədi qanunsuz keçən üç terrorçu zərərsizləşdirilib. Tacikistan sərhəd xidmətinin iki əməkdaşı həlak olub.

Dövlət Komitəsindən bildirilib ki, hazırda Tacikistan-Əfqanıstan sərhədində vəziyyət sabitdir.