Avropa İttifaqı (Aİ) Ukrayna taxılının beynəlxalq bazarlara daşınmasını nəzərdə tutan Qara Dəniz Taxıl Təşəbbüsünün müddətinin uzadılmasına çağırıb.
İndex.az xəbər verir ki, Aİ Komissiyasının sözçülərindən biri Piter Stano mətbuat konfransında taxıl sazişi ilə bağlı sualı cavablandırarkən bildirib ki, Aİ kimi onların prioritetləri Ukrayna taxılının dünya bazarına çıxmaqdır:
"Biz bu təşəbbüsün bütün tərəflərini sazişin müddətini uzatmağa çağırırıq. Türkiyə və BMT-nin rəhbərlik etdiyi danışıqları zərurət hesab edirik".
Razılaşmanın uzadılması üçün bütün həll yollarının araşdırılmasına açıq olduqlarını ifadə edən Stano, Rusiyanın Ukraynadakı döyüş imkanlarının mümkün qədər qarşısını almağa davam edəcəklərini də qeyd edib.
