Avropa İttifaqı (Aİ) ölkələrinin energetika nazirləri elektrik enerjisi bazarı islahatlarını müzakirə etmək üçün Lüksemburqda bir araya gəlib.

İndex.az xəbər verir ki, Aİ ölkələri kömür elektrik stansiyalarının dəstəklənməsinə dair fikir ayrılığı səbəbindən elektrik enerjisi bazarında islahatlarla bağlı razılığa gələ bilməyib.

İclasın sonunda açıqlama verən Aİ-nin prezidenti İsveçin enerji naziri Ebba Buş bildirib ki, elektrik enerjisi bazarının dizaynı ilə bağlı uzun və çətin danışıqlar aparılıb.

Üzv dövlətlərin elektrik enerjisi bazarı islahatı ilə bağlı razılığa gələ bilmədiklərini qeyd edən Buş, bu mərhələdən sonra paketin müəyyən hissələrinin səfirlər səviyyəsində müzakirə ediləcəyini bildirib.

Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib ki, elektrik bazarı dizaynının islahatını ehtiva edən bütün paket üçün ümumi bir yanaşma müəyyən etmək mümkün olmayıb.