Avropa İttifaqına (Aİ) üzv ölkələr iqlim dəyişikliyi ilə mübarizə və Rusiyanın qalıq yanacaqlarından asılılığı azaltmaq üçün bərpa olunan enerjidən istifadə hədəfini yüksəldib.

İndex.az xəbər verir ki, Aİ-yə üzv ölkələr iqlim dəyişikliyi ilə mübarizə və Rusiyanın qalıq yanacaqlarından asılılığı azaltmaq üçün 2030-cu ilə qədər bərpa olunan enerjidən istifadə hədəfini 42,5 faiz%-ə çatdırıb.

Beləliklə, sənaye bərpa olunan enerjidən istifadəni hər il 1,6% artırmalı olacaq.

Nəqliyyat sektorunda təmiz yanacağın payı artırılacaq və tullantılar azalacaq.