Avropa İttifaqı (Aİ) Komissiyası "Microsoft"un İttifaqın rəqabət qaydalarını pozub-pozmadığını müəyyən etmək üçün rəsmi araşdırmaya başladığını açıqlayıb.
İndex.az xəbər verir ki, Aİ "Microsoft" texnologiya şirkəti "Teams" proqramını "Office 365" və "Microsoft 365" proqram təminatı ilə birləşdirdiyi üçün rəqabət araşdırmasına başlayıb.
Açıqlamada qeyd olunub ki, Aİ Komissiyası “Microsoft"un sözügüdən birləşdirmələri həyata keçirməsi, Avropadakı rəqabət mühitini məhdudlaşdırması və onun bazar mövqeyindən sui-istifadə etməsi ilə bağlı narahatlıq keçirir.
