Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin liderləri Rusiyaya qarşı 12-ci sanksiya paketi ilə bağlı razılığa gəliblər.

İndex.az xəbər verir ki, bəyanatda bildirilib ki, Aİ Rusiyaya qarşı sanksiyaları daha da gücləndirmək, onları tam və effektiv şəkildə həyata keçirməkdə qərarlıdır.

Bəyanatda Aİ Şurasının 12-ci sanksiya paketinin qəbulunu dəstəklədiyi, heç bir ölkənin müharibədə Rusiyaya dəstək verməməli olduğu vurğulanıb.

12-ci sanksiya paketinə almaz da daxil olmaqla yeni ixrac qadağaları, Rusiyanın neft gəlirlərini azaltmaq üçün neftin tavan qiymətinin sərtləşdirilməsi tədbirləri və sanksiyalardan yayınma ilə mübarizənin gücləndirilməsi daxildir.